IQNA

Malaziyanın İslami İncəsənət muzeyi evsahibliyi edəcək

9:11 - June 07, 2014
Xəbər sayı: 1414608
Beynəlxalq qrup: Malaziyanın "İslami İncəsənət" muzeyi sabah, iyun ayının səkkizində bu ölkədə keçirilən "Zəkat; ruh, idrak və iltizam" sərgisinə evsahibliyi edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "iamm" xəbər saytına istinadən verdiyi xəbərə görə, Malaziyanın "İslami İncəsənət" muzeyi sabah, həftənin bazar günü, iyun ayının səkkizində bu ölkədə keçirilən "Zəkat; ruh, idrak və iltizam" sərgisinə evsahibliyi edəcək.
Bu sərgidə İslamın ilk əsrlərindən bu günə qədər "zəkat"ın mühüm bir şəri məsələ olaraq onun müsəlmanların həyatında rolu və tarixi haqqında məlumat veriləcək.
Bu sərginin keçirilməsindən məqsəd İslamda "zəkat"ın özəl mahiyyətini açıqlamaq, ictimaiyyətdə zəkatın rolu bəyan etmək, Həzrət Məhəmməd peyğəmbərin (s) "zəkat" məsələsində idarəçilik sistemini və fəqihlərin bu məsələdə rəylərinin araşdırılmasıdır.
Bu sərgi "zəkat"ı tanımaq, zəkatın yığılması və paylanılması qaydalarını öyrənmək və öyrətmək üçün münasib zəmin yaradacaqdır.
Sərgi iki gün müddətində Malaziyanın İslami İncəsənət muzeyində keçiriləcəkdir.

1414187

captcha