IQNA

Müsəlman tarixçilərinin nəzəriyyəsi təsdiqləndi

19:12 - August 12, 2014
Xəbər sayı: 1438788
Beynəlxalq qrup: Hollandiyanın "Layden" universitetinin kitabxanasındakı ən qədim tarixə malik Quran-Kərim nüsxəsinin tarixi məlum edildikdən sonra müsəlman tarixçilərinin Quran-Kərimin yazılma tarixi barədə nəzəriyyələri öz təsdiqini tapdı. Müsəlman tarixçilərin rəvayətlərinə əsasən Quran-Kərimin indiki formada toplanaraq və cildlənmiş kitab şəkilinə salınaraq yazılması İslam Peyğəmbərinin (s) vəfatından 70 il keçməmiş, yəni hicri-qəməri tarixinin 80-cı ilinədək baş vermişdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "dp-nüyuz"a istinadən verdiyi xəbərə görə müsəlman tarixçilərinin Quran-Kərimin yazılması və kitab şəkilində yayılması barədə nəzəriyyəsi öz təsdiqini tapmışdır. Xəbərə görə Hollandiyanın "Layden" universitetinin kitabxanasında olan qədim tarixə malik Quran nüsxəsinin yazılma tarixi Hicri-Qəməri tarixi ilə 30-cu və 70-ci illər arasına təsadüf edir.



Müsəlman tarixçilərin rəvayətlərinə əsasən Quran-Kərimin indiki formada toplanaraq və cildlənmiş kitab şəkilinə salınaraq yazılması İslam Peyğəmbərinin (s) vəfatından 70 il keçməmiş, yəni hicri-qəməri tarixinin 80-cı ilinədək baş vermişdir. 



Quran-Kərimin bu ən qədim nüsxəsinin yaşı "korben 14" metodu ilə - (tarixi əsərlərin yaşını tanıma üçün qayda) – Almaniyanın laboratoriyalarında hesablanmış və nəticədə müsəlman tarixçilərinin Quranın yazılması barədə nəzəriyyələri ki, "Quran-Kərim Peyğəmbərinin (s) vəfatından 70 il keçməmiş, yəni hicri-qəməri tarixinin 80-cı ilinədək yazılmışdır" – öz təsdiqini tapmışdır.



Yoxlamadan keçmiş bu Quran nüsxəsi dəri və papirus üzərinə yazılmışdır və Layden Universitetində mövcud olan Ərəb dilli əlyazma nüsxələr məcmuəsinin bir hissəsidir.



Layden Universitetinin məsullarının dediklərinə görə bu qədim tarixə malik Quran nüsxəsinin xətti də Hicaz (Məkkə və Mədinə) xətləri sırasında daxildir.



Müsəlman tarixçilərinin nəzəriyyəsinə əsasən Quran-Kərim İslam Peyğəmbərinin (ə) həyatı zamanı və O həzrətinin (s) göstərişi əsasında yazılmışdır. Rəsmi şəkildə isə 3-cü raşidi xəlifə Osman bin Əffanın dövründə toplanılmış və indiki şəkildə və cildlənmiş bir formada yayılmışdır.



Amma Qərb alimləri bu nəzəriyyə ilə razılaşmır və Quran-Kərimin milad tarixi ilə 9-cu əsrdə və daha sonra yazıldığını iddia edirdilər.



Bu nüsxənin Hicri-Qəməri tarixi ilə 80-cı illərdən öncə yazılmasının sübutu müsəlman alimlərin nəzəriyyəsini təsdiqlədi. Bu Quran nüsxəsinin qədimlik tarixinin və yaşının təyin edilməsi Fransa və Almaniya universitetlərindəki "Kuranika" (Qurani mətnlərin qədimiliyinin yoxlanılması) planına əsasən həyata keçirilmişdir.  



Xatırladaq ki, Layden Universiteti Hollandiyanın Layden şəhərində yerləşir və bu ölkənin ən qədim universitetidir. Bu universitet milad tarixi ilə 1575-ci ildə Hollandiyanın indiki padşahlığının yaradıcısı "Vilyam"ın tərəfindən tikilmişdir.



1438586

Teqlər: quran ، əlyazma ، layden ، almaniya ، hollandiya ، vilyam
captcha