“İQNA”-nın "Şəfəq News"a istinadən verdiyi məlumata görə, İraqın "Həşdi-Şəbi" təşkilatının İctimaiyyətlə Əlaqələr İdarəsinin direktoru Mühənnəd əl-Əqabi bu barədə deyib: "Bu, rəsmi bir cənazə mərasimidir və müvafiq dövlət qurumlarının iştirakı ilə keçirilir".
Xatırladaq ki, dünən İraqa səfər edən İranın xarici işlər naziri Seyid Abbas Əraqçı İraqın Baş nazirinin aparat rəhbəri və İraqda şəhid liderin cənazə mərasimi üzrə komitənin məsulu İhsan əl-Əvadi ilə görüşüb və müzakirələr aparıb.
Əl-Əvadi bu görüşdə şəhid liderin cənazə mərasiminin İraqda və müqəddəs ziyarətgahlarda keçirilməsini İraq xalqı üçün tarixi bir şərəf kimi dəyərləndirib və vurğulayıb ki, İraq hökuməti və xalqı bu mərasimin əzəmətlə keçirilməsi üçün heç bir səydən qaçmayacaqlar.
Həmçinin Kərbəla valisi Nəsif Casim əl-Xətabi İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçının bu əyalətə səfəri zamanı onunla görüşüb. Kərbəla valiliyinin bəyanatına əsasən, tərəflər bu görüşdə şəhid liderin mübarək nəşinin qarşılanması və Kərbəla əyalətində rəsmi dəfn mərasiminin keçirilməsi üçün görülən son hazırlıqları müzakirə ediblər.
Bəyanatda qeyd olunur ki, mərasimin təşkili ilə bağlı hazırlıqların müzakirəsi ilə yanaşı, tərəflər arasında koordinasiyanın gücləndirilməsi və bu mərasim üçün planlaşdırılan proqramların ən yüksək səviyyədə icrasını təmin etmək məqsədilə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də ətrafında fikir mübadiləsi aparılıb.
4361087