IQNA

İŞİD Kanadada üzv toplayır

11:01 - August 24, 2014
Xəbər sayı: 1442424
Beynəlxalq qrup: Kanadanın Ali İslam Şurasının təsisçisi və Klaqeri şəhər Cümə İmamı xəbərdarlıq etdi: İŞİD Kanadada üzv toplamaqla məşğuldur.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Press TV" peyk xəbər kanalına istinadən verdiyi xəbərə görə Kanadanın Ali İslam Şurasının təsisçisi, Klaqeri şəhər Cümə İmamı və tanınmış ruhani olan Seyid Söhrəvərdi "İŞİD"-in Kanadada üzv toplaması barədə xəbərdarlıq edərək deyib: "Mən qətiyyətlə deyirəm ki, İŞİD burada, bizim ölkəmizdə, elə bizim gözümüzün önündə, bizim universitetlərdə, ibadət ocaqlarında və bizim ictimaiyyətimizin içərisində özünə üzv toplamaqla məşğuldur".



Söhrəvərdi həmçinin vurğulayıb ki, o, İŞİD-in Atava şəhərindən olan üzvlərindən birinin tərəfindən ki, Mosul şəhərində döyüşürdü, ölümlə təhdid edilibdir.



Söhrəvərdi deyib: O məni İŞİD-in cinayətlərini məkhum etdiyim üçün ölümlə təhdid etdi və dedi ki, "sən azğın bir ruhanisən və sənin islamın doğru islam deyil".



Sülhmeyilli və sabitliktələb xütbələri ilə məşhur olan ruhani Seyyid Söhrəvərdi deyib: Kanadanın Klaqeri şəhərindən olan və İŞİD üçün Suriya və İraqda vuruşan 3 cavan öldürüldülər. Mən onlardan birini yaxşı tanıyırdım. Onların üçünün də həmin bu şəhərdə, bu Kanadada zehnlərini zəhərləndirildi və İŞİD-ə qoşuldular.



Verilən xəbər görə Seyid Söhrəvərdi bu terrorist qrupun təhlükəli mahiyyətini hamıya başa salmaq və hamını bu məsələyə yönəltmək üçün 48 saatlıq aclıq aksiyası başlamışdır.



O, Kanada və qərb dövlətlərindən tələb etmişdir ki, İŞİD təhlükəsi və digər terrorist qruplaşmalara qarşı daha ciddi işlər görsünlər.



Qərb kəşfiyyat servislərinin verdiyi xəbərə görə indiyədək 130 kanadalı İŞİD-ə qoşulmuşdur.



1442244 

Teqlər: kanada ، İŞİd ، söhrəvərdi ، terror ، qərb
captcha