IQNA

Rusiyanın beynəlxalq Quran yarışlarında 35 ölkə iştirak edəcək

7:45 - August 31, 2014
Xəbər sayı: 1444732
Beynəlxalq qrup: Cari ilin sentyabr ayının 20-də keçiriləcək Rusiyanın beynəlxalq Quran qiraəti və hifzi yarışlarının 15-ci turunda dünyanın 35 ölkəsi iştirak edəcək.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Səda əl-Bələd" (Ölkənin Səsi) xəbər agentliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə cari ilin sentyabr ayının 20-də keçiriləcək Rusiyanın beynəlxalq Quran qiraəti və hifzi yarışlarının 15-ci turunda dünyanın 35 ölkəsi iştirak edəcək. Bu yarışlar Rusiyanın Müftilər Şurası rəisinin və Baş Müftisinin nəzarəti altında keçiriləcək və Səudiyyə Ərəbistanının tanınmış peşəkar Quran qiraətçisi Şeyx Sə`d Əl-Ğqamidi bu yarışların fəxri qonağı olacaqdır.



Bu yarışlar iki mərhələdə və Moskvanın "Zəfəran" regionu salonunda keçiriləcəkdir.



Yarışlarda 35-dən çox ölkənin alimləri və Quran qariləri iştirak edəcəklər. İştirakçılar iki ixtisasda (Quran hifzi və qiraəti) rəqabət aparacaqlar.



Xəbərə görə bu yarışların hazırlığı Rusiyanın Müftilər Şurasının təşəbbüsü ilə 15 il öncədən başlanmışdır və Rusiyanın dövləti, Xarici İşlər Naziri və UNESCO bu yarışları himayə edir.



Rusiyada keçiriləcək 15-ci tur Quran yarışlarında İran İslam Respublikasından Mehdi Qulamnəjad iştirak edəcəkdir. O, İranın daxili yarışlarında 4-cü yeri tutmuşdur və ölkənin seçilmiş Quran ustadlarındandır.



1444518     

Teqlər: quran ، hifz ، qiraət ، rusiya ، müfti ، iran ، səd ، əl ، ğamidi
captcha