İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islam.ru" internet xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Türkiyənin İstamdul şəhərində Rusiya rəsmiləri, Rusiyanın İslami şəxsiyyətləri və Müsəlman Alimlərin Beynəlxalq Birliyinin baş katibi tərəfindən birgə keçirilən konfransda Rusiya federasiyasında "İslami Fiqh Akademiyası"nın təsisi məsələsi müzakirə edildi.
Rusiya federasiyasında "İslami Fiqh Akademiyası"nın təsisi məsələsi Moskvada beynəlxalq İslam konfransı keçirilən zamandan gündəmə gəlmişdi.
Bu konfransın sonunda verilən bəyaniyyədə şəriət qanunları, cihad, xilafət, təkfir, radikalizimlə mübarizə və Rusiya federasiyasında "İslami Fiqh Akademiyası"nın təsisi məsələsi təklif kimi irəli sürülmüşdür.
Bu akademiyanın əsas vəzifəsi Rusiya federasiyasında din alimləri arasında koordinasiya və əlaqə yaratmaq, onların verdiyi fətvaları və qərarları bir hədəf və proqram əsasında uyğunlaşdırmaqdır.
1449074