İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamicevents" informasiya və xəbər saytına istinadən verdiyi xəbərə görə "Nadi Fürqan" müəssisəi Sinqapurda İnigilis dilində "Quran təlimi kursları" təşkil etmək niyyətindədir. Kurslar cavanlar, yaşlılar və İslamı yeni qəbul edənlər üçün nəzərdə tutulmuş və "Quranın üzünə rəvan oxunuş bacarığı" təlimi səviyyəsində keçiriləcəkdir.
Bu kurslarda iştirak edənlər ilk öncə Ərəb dili hərflərini və onların düzgün tələffüz qaydalarını öyrənəcəklər. Sonra isə Quranın üzünə rəvan oxunuşu üçün ilk lazım olan qaydalar öyrəniləcəkdir.
Bu Quran təlimi kursları cari ilin Oktyabr ayının 26-dan etibarən həftənin 4-cü günüləri və hər həftə üç ay müddətində keçiriləcəkdir.
Sinqapur Asiyanın şərqində kiçik bir şəhərdir ki, 3 milyon civarında cəmiyyəti vardır. Bu ölkədə 500 min nəfərə yaxın müsəlman yaşayır.
Sinqapur hökuməti sekulyardır, amma bununla belə dövlət İslam dinini cameənin bütün təbəqələri üçün bərabər olaraq rəsmi şəkildə qəbul edir.