İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misirin "əl-yəvm əs-sabe" qəzetinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə İraqın şimalında Təkrit şəhərinin tarixi məscidi sayıla "Əl-Ərbəin" məscidi həftənin 3-cü günü, sentyabr ayının 24-də İŞİD terrorist ünsürləri tərəfindən partladılaraq dağıdılmışdır.
İŞİD terrorist qruplaşmasının vəhşi ünsürləri bu tarixi məscidin ətrafına bombalar yerləşdirərək məscidi xarabalığa çevirmişlər.
Qeyd edək ki, bu azğın ünsürlər bundan öncə də İraqın və Suriyanın bir sıra tarixi və müqəddəs məkanlarını, məscidlərini, türbələrini və hüseyniyyələrini dağıdıblar. 1453660