İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "saphirnews" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Türkiyənin Diyanət İşləri Bakanlığının nəzdində fəaliyyət göstərən bir təşkilatın müdiri İsmayıl Pakoğlu deyib: "Balkanlar regionunun ən böyük məscidi çox yaxın zamanlarda Albaniyanın "Tirana" şəhərində tikiləcəkdir. Bu məscid 4500 nəfərin namaz qıla biləcəyi tutuma malik olacaqdır. Məscidin dörd minarəsi olacaqdır".
O əlavə edib: "Tirana məscidi üçün bir muzey də nəzərdə tutulmuşdur ki, bu muzeyin tikilişi üç ilədək vaxt apara bilər".
Tirana şəhərinin əhalisinin çoxu müsəlmandırlar. Bu şəhərdə məskunlaşmış 300 mindən çox müsəlmanın 70 faizinin məscidi yoxdur. Yeganə məscid Albani şəhərinin "Ədhəm Bəy" məscididir ki, 60 min nəfərlik tutumu vardır.