IQNA

İslam Peyğəmbərini (s) təhqir edən "fitnə" filminin rejissoru Peyğəmbərin (s) məzarı önündə günahından peşiman olduğunu dilə gətirib

11:41 - October 27, 2013
Xəbər sayı: 1809
Beynəlxalq qrup: Grit Vildorzun başçılıq etdiyi ifratçı Azadlıq Partiyasının sabiq üzvü və təhqiramiz Fitnə filminin rejissoru Arnold Van Dorn bir neçə ay öncə İslam dininə iman gətirməsinin ardınca builki həcc mərasimində iştirak etmək üçün Məkkəyə səfər edib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "On İslam" xəbər saytına istinadən verdiyi xəbərə görə "Arnold Van Dorn" ilk dəfə olaraq 27 fevral tarixində öz Tvitter səhifəsində İslam dinini qəbul etməsini bu sözlərlə bəyan edib: "Yeni Başlanğıc".



Daha sonra bu ifadənin altında ərəb dilində kəlimeyi-şəhadəti yazıb.



Anrold Van Dorn uzun illər islamofobiya sahəsindəki rəftarları ilə məşhur olan Grit Vildorz ilə əməkdaşlıq edib, İslam dininə qarşı yönəlmiş təhqiramiz "Fitnə" filminin çəkilişində iştirak edib.



Küfr ilə yanaşı olan bu filmin çəkilməsində məqsəd İslam dini və Həzrət Məhəmmədin (s.ə.s) simasını ləkələmək, müsəlmanlarla müsəlman olmayanlar arasında fitnə törətmək olub. Vildorz bu filmdə İslam dinini kobudluq dini kimi qələmə verərək, Quran-Kərimi terrorçuluqla əlaqələndirməyə çalışıb.



Bu filmin yayımlanmasının ardınca O və əməkdaşları dünya səviyyəsində müsəlmanların geniş etirazlarının şahidi oldular. Bu məsələ səbəb olur ki, Arnold Van Dorn İslam dini haqda mütaliə və araşdırmalara baş vursun.



Nəticədə, Arnold bir neçə ay öncə İslam dininə iman gətirir.



Arnold cümə günü, oktyabrın 18-də Ərəbistan mətbuatı ilə müsahibədə göz yaşlarına hakim ola bilməyib və ağlaya-ağlaya, deyib: "Peyğəmbərin (s) məzarı önündə çox utandım. Ümidvaram bu göz yaşları günahlarımı yusun. Mən keçmişdəki əməllərimə görə çox utanıram və peşmanam".



1304368


captcha