IQNA

Korlar üçün ilk rəqəmsal Quran nüsxəsi

14:17 - July 14, 2010
Xəbər sayı: 1955791
Beynəlxalq sektor: Misirin İskəndəriyyə şəhərində mərkəzi kitabxanada korlar üçün “Taha Hüseyn” şöbəsində Qurani-Kərimin korlar üçün hazırlanmış ilk rəqəmsal nüsxəsi nümayiş etdirilib.
İQNA İran Quran xəbər agentliyinin əl-Misriyyun qəzətinə istinadən verdiyi xəbərə görə, bu proqram müasir rəqəmsal texnologiyanın son nailiyyətləri əsasında hazırlanıb. Bu proqram korlara imkan verir ki, xüsusi braal xəttinə toxunmaqla yanaşı Quranı dinləsinlər. İskəndəriyyə kitabxanasının məsullarından olan Ləmiya Əbdülfəttah bildirib ki, İskəndəriyyə kitabxanasında bu layihənin hazırlanması üçün xüsusi studio yaradılıb.

614209
captcha