IQNA

Avropada “Rəsulullah” radioşəbəkəsi işə düşür

10:50 - July 17, 2010
Xəbər sayı: 1956797
Beynəlxalq sektor: Avropada peyğəmbər müqəddəsliyini himayə məqsədi ilə Makedoniyada “Rəsulullah” radioşəbəkəsi işə salınır.
İQNA İran Quran xəbər agentliyi Egatha.islamyia.net saytına istinadən xəbər verir ki, şəbəkənin studiyası Makedoniyada yerləşəcək. Şəbəkədən Avropa ölkələrinə əxlaqi, tərbiyəvi, elmi verilişlər yayımlanacaq.
“Rəsulullah” radioşəbəkəsinin əsas məqsədlərindən biri də dinləyiciləri ictimai poblemlərin həlli yolları ilə tanış etməkdir. Avropada İslam dəyərlərinin müdafiəsi olduqca zəruri məsuliyyətlərdəndir və yeni radioşəbəkə bu missiyanı yerinə yetirəcək.

615350
captcha