İQNA İran Quran İnformasiya Agentliyi Yəmənin rəsmi Səbanet şəbəkəsinə istinadən bildirir ki, bu müsabiqə “Məaz” Quran və Sünnəyə xidmət elmi müəssisəsi tərəfindən təşkil edilib. Yəmənin 26 müəssisəsindən 117 Qurani-Kərim hafizi müsabiqəyə qatılıb. Müsabiqənin təşkilat komitəsinin rəhbəri Əbdülməlik Davud bildirib ki, 11-ci müsabiqənin imtiyazı təcvid və Quran elmləri nominasiyalarının əlavə edilməsidir. Müsabiqənin qaliblərinə qiymətli mükafatlarl təqdim edilib.
617977