IQNA

Kərbəlada İmam Hüseyn (ə) şəhərciyi istifadəyə verildi

15:04 - July 31, 2010
Xəbər sayı: 1964485
Beynəlxalq sektor: Ötən gün Kərbəla şəhərindən 5 km aralıda İmam Hüseyn (ə) şəhərciyi istifadəyə verilib. Şəhərcik Kərbəla ziyarətçilərinin yerləşməsi üçün nəzərdə tutulub.
İQNA İran Quran İnformasiya Agentliyi Nun mənbəsinə istinadən xəbər verir ki, Kərbəla bələdiyyə idarəsinin sözçüsü Macid Naci şəhərciyin tikintisinə 6 milyard 485 milyon İraq dinarı xərcləndiyini bildirib.
Şəhərcik cəmi 11 aya tikilib başa çatdırılıb. Şəhərcik bələdiyyələr naziri Riyaz Qəribin iştirakı ilə istifadəyə verilib. Ötən ay Kərbəla bələdiyyəsi İmam Əli (ə) şəhərciyini istifadəyə vermişdi.

623482
captcha