IQNA

Misir imam-camaatlarına ramazanda siyasi məsələlərdən danışmaq qadağan edilib

13:06 - August 07, 2010
Xəbər sayı: 1968351
Beynəlxalq sektor: Misir Vəqf və İslami işlər naziri Mahmud Həmdi Zəqzuq ölkədəki məscidlərin imamlarına göstəriş verib ki, ramazan ayında siyasi mövzulara yer verməkdən çəkinsinlər.
İQNA İran Quran İnformasiya Agentliyi Muhit mənbəsinə istinadən xəbər verir ki, ramazan ayı asatanasında Misirin Vəqf və İslami işlər naziri msəcidlərə xüsusi göstəriş verərək siyasi söhbətləri yasaqlayıb. Nazir bildirib ki, pamazan ayı başa çatanadək orucluq, xeyriyyəçilik movzularında söhbət etmək lazımdır. Nazir mövcud siyasi durumun imam-camaatlar üçün əsas olmadığını vurğulayıb.

627788
captcha