IQNA

Küveytdə eşitmə qabiliyyəti olmayan əlillərin Quran müsabiqəsi

12:03 - August 22, 2010
Xəbər sayı: 1978503
Beynəlxalq sektor: Fars körfəzi həmkarlıq şurasına üzv ölkələr arasında eşitmə qabiliyyəti olmayan əlillərin beynəlxalq Quran müsabiqəsi keçirilir.
İQNA İran Quran İnformasiya Agentliyi Küveyt mətbuatına istinadən xəbər verir ki, əl-Rayə şirkətinin idarə şurasının rəisi Ədnan əl-Həddad mətbuat konfransına müsabiqə ilə bağlı açıqlama verib. O deyib: “Bu müsabiqə Küveyt məşğulluq və ictimai işlər naziri Məhəmməd əl-Əfasinin təşəbbüsü və Zeyn rabitə şikətinin dəstəyi ilə keçirilir. Müsabiqədə 6 ölkədən Quran aşiqləri iştirak edəcək.

638593
captcha