IQNA

14:43 - August 31, 2010
Xəbər sayı: 1985405
Beynəlxalq şöbə:İslam alimləri daim fələstinlilərin müdafiəsini vacib məsələlərdən saymış və bunun əhəmiyyətini bu gün də vurğulamaqdadırlar.
İQNA Quran Xəbər Agentliyinin beynəlxalq əlaqələr şöbəsi “İSLAM-AZERİ.az” saytına istinadən. verdiyi İslam ümmətinə su kimi lazım olan şeylərdən biri də vəhdətdir. Dünyada insani dəyərlərin ölməsini istəyən imerialistlərin əsas hədəfi məhz vəhdətdir. İslami vəhdət elə bir həddə çata bilər ki, bu güc dünya imperialistlərini tam iflic edər və xalqların sülh şəraitində yaşamalarına zəmin yaradar. Buna görə də imerialistlərin neokolonizm siyasəti bütün dünya, xüsusən də müsəlman aləmini bu gücdən məhrum etmək üçün müxtəlif yollar arayır.
Lakin İslam dünyası mübarək Ramazan ayında bir növ canlanmağa və ruhən paklanmağa başlayır. Belə bir ayın son Cüməsində isə müsəlmanlara daha böyük Vəhdətə gəlmək fürsəti verilir. Bu günə “Beynəlxalq Qüds günü” deyilir. Bəs niyə Qüds? İstanbul günü yox, Tehran günü yox? Niyə Fələstinin ürəyi sayılan Qüds? Əlbəttə ki, bu haqda çox məlumat yazmaq olar. Lakin imkanlarımızı nəzərə alaraq, bu günün məhz niyə Qüds günü adlandırılmasının səbəbini diqqətinizə çatdıracağıq.
İsrail rejimi haqqında məlumatlara tez-tez rast gəlirik. Bu adın sonunda qan və qətliamın gəlməsi adi hal almışdır. Qətlə yetirilənlər İsrailin “terrorçu” adlandırdığı qadınlar, uşaqlar, qocalar və adi mülkü vətəndaşlardır. Sual verilə bilər: “İsrail durduğu yerdə bunları niyə qətlə yetirir?” Cavab isə belədir: “Adətən cinayətkar törətdiyi cinayətin şahidini aradan aparmaq istəyər. Buna nail olmadığı halda, dəfələrlə şahidlərin yox edilməsi üçün addımlar atar. İsrail fələstinlilərin ərazilərini qəsb etdiyinə görə, bu qəsbkarlığa, işğala və cinayətə şahid olan bütöv bir xalqı beləcə yox eləmək niyyətindədir. Bu hərəkətlərin isə bir və konkret adı var - soyqırım”.
Fələstinin Qaçqın və Əsirlərlə iş üzrə nazirliyindən verilən statistikaya görə, 1948-ci ildən başlayaraq, 850 mindən çox fələstinli İsrailin xüsusi zindanlarında saxlanılmış və saxlanılmaqdadır. Onlardan heç 10 faizi belə azadlığa çıxmamış, çoxları məhbəslərdə dünyalarını dəyişmişlər. Öz vətənləri uğrunda müqavimətə qalxanlara sionistlər “terrorçu” damğası vurublar. Bu yalanı İsrail və havadarı olan ABŞ bütün dünyaya qəbul etdirmək istəyirlər. Halbuki, bütöv bir xalqa qarşı terror həyata küçirilir.
İsrailin terror gücünə hökümətini mühafizə etmək cəhdi elə tarixindən qaynaqlanır.
19 sentyabr 1982-ci ildə həmən dövrdə İsrailin müdafiə naziri olmuş Ariel Şaronun göstərişilə İsrail ordusu Səbra və Şətilla qaçqın düşərgələrinə soxularaq, çox sayda fələstinlini qətlə yetirdi. İsrail əsgərlərinin bu vəhşiliklərini görən fələstinli qaçqınlar ağ bayraqlar qaldırmışdılar: ümid edirdilər ki, heç olmasa bu yolla qocalar, qadınlar və uşaqları xilas etsinlər. Amma sionist barbarları soyuqqanlıqla uşağa-qocaya baxmadan hər tərəfə ölüm saçmışdılar. Bu qətliamda 3000-dən çox uşaq, qadın, qoca və cavan həyatını itirmişdi.
Buna bənzər hadisələr çox olub. Məsələn, 2006-cı ildə Livanla müharibə zamanı İsrail qırıcılarının bombalarının hədəfinə çevrilən azyaşlı uşaqların görüntüləri bütün dünyaya yayılmış, hər kəsin qəlbinə dağ çəkmişdi. 1200 nəfər İsrail tərəfindən qətlə yetirilmiş, 400 nəfər isə ağır yaralanmışdı. Sonuncu Qəzza hücumunda da İsrail 1300 fələstinlini qanına qəltan etmişdir. Qəzza isə hələ də blokada şəraitindədir.
İsrail məqsədlərinə nail olmaq və çirkin ideologiyasını mühafizə etmək naminə hətta ən yaxın müttəfiqlərinə təcavüzdən belə çəkinmir. Buna bir misal kimi, İsrail-Türkiyə münasibətlərinin kəskin surətdə pisləşməsini göstərmək olar. Blokada şəraitində olan Qəzza əhalisinə Türkiyənin təşkilatçılığı ilə humanitar yardım aparan beynəlxalq gəmi karvanı 2010-cu il mayın 31-nə keçən gecə sionistlərin quldur təcavüzünə məruz qaldı. Nəticədə 9 türk qətlə yetirildi, onlarla insan isə yaralandı.
İslam alimləri daim fələstinlilərin müdafiəsini vacib məsələlərdən saymış və bunun əhəmiyyətini bu gün də vurğulamaqdadırlar.
İslam aləminin böyük alimlərindən olan Ayətullah İmam Xomeyni də məhz “Qüds günü” anlayışını İslam ümmətinə təqdim etmiş, bu günü “Zülmə etiraz günü” anlamı kimi qəbul etməsini istəmişdi. Ramazanın sonuncu Cüməsi bütün dünyada elmi konfranslar, tədbirlər, mitinqlər təşkil edilir, bu haqda kitablar, məqalələr yazılır, Qüdsün işğalına etirazlar daha geniş vüsət alır.
İmam Xomeyninin bu addımının nəticələrindən söz açmaq istəsək, aşağıdakıları qeyd etməliyik:

1. İslam ümmətində vəhdətə nail olundu
2. İsrailə ciddi psixoloji diskomfort yaradıldı
3. Fələstin məsələsi milli çərçivələri aşaraq, beynəlxalq problemə yüksəldi
4. İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətləri müəyyən mənada məhdudlaşdırdı
5. Bəzi müsəlman dövlət başçıları sionistlərlə etdikləri bu utancverici əməkdaşlıqlarını pərdələmək məcburiyyətində qaldılar.
6. Zülmə qarşı müqavimət hərəkatları formalaşdırdı
7. İslam ümmətində təvəlla və təbərranın daha da mükəmməlləşməsinə təkan verildi
8. Bir çox qeyri-müsəlman dövlətlərinin birmənalı şəkildə terrorçu kimi qəbul etdiyi müqavimət hərəkatının üzvləri artıq azadlıq və müstəqillik uğrunda mübarizə aparan mücahidlər kimi dəyərləndirildilər.
9. Müsəlman ölkələri İsraillə münasibətlərinə yenidən baxmalı oldular
10. Bütün dünyada İsrail cinayətlərinə qarşı kütləvi etiraz aksiyaları genişləndi
11. Bütün dünya KİV-ləri ən azından ildə bir dəfə Fələstin xalqının faciəsinə və Qüdsün işğalı məsələsinə diqqət yetirmək məcburiyyətində qaldılar
12. İsrailin yalnız fələstinlilərin deyil, bütün müsəlmanların düşməni olması bəyan edildi.


Ad:
E-poçt:
* Comment:
* captcha: