IQNA

23:10 - October 09, 2010
Xəbər sayı: 2009479
Beynəlxalq şöbə: Bu gün Türkiyənin İstanbul şəhərində "Peyğəmbər Yolu" adlı beynəlxalq konfrans öz işinə başlayıb.
İQNA Quran agentliyinin " samanyoluhaber"-ə istinadən məlumatına əsasən, konfransda Türkiyənin Diyanət Təşkilatının sədri Əli Bardakoğlu, Türkiyə İslami Hüquq məsələləri üzrə professor Harettin Karaman, Misirn müftisi Əli Cümə, Mərakeş alimlərindən Əhməd İbad, Suriya alimlərindən Vəhab Züheyli və Səid Ramazan Əl- Buti və digər ölkələrdən müsəlman şəxsiyyətlər iştirak edir.
Konfransda imanın əsasları, islamda qəza və qədər, peyğəmbərin baxışında hökumət və insanların münasibəti, cəmiyyətdə qadın və kişinin münasibətlərində evlənmənin rolu, Peyğəmbərin digər din mənsubları ilə rəftarı və digər məsələlər müzakirə olunacaq.
Türkiyənin "Yeni Ümid" jurnalının direktoru Ergün Çapan konfransla bağlı bildirib ki, biz bu konfransı təşkil etməklə istəyirik İslam Peyğəmbəri (s) mənəvi cəzzablığını hamıya göstərək. Bu insanları kamalata çatdıran bir yoldur və insanlıq yolunda pak və təmiz hislərdir.
"Peyğəmbər Yolu" konfrans iki gün İstanbulda keçiriləcək. 670955
Ad:
E-poçt:
* Comment:
* captcha: