Beynəlxalq şöbə: Banqladeş İslami ölkələrin təhsil nazirlərinin beşinci iclasında İslam Konfransı Təşkilatının məsləhət şurasının üzvi seçilib. Bu ölkə İslami ölkələrdə elm və texnologiyanın inkişafı üçün stratejik proqramlar həyata keçirəcək.
İQNA Quran agentliyi “nation.ittefaq” saytına istinadən məlumat verir ki, Maleziyanın paytaxtı Kualalampurda keçirilən İslami ölkələrin təhsil nazirlərinin beşinci iclasında Banqladeşdən başqa Pakistan və Maldiv ölkələri də İKT-nin məsləhət şurasına üzv seçiliblər.
Bu şuranın vəzifəsi İKT-yə üzv ölkələrdə araşdırma və təhsil səviyyəsini artırmaq məqsədi ilə stratejik proqramların hazırlanması və icrasıdır. 680408