IQNA

Türkiyədə İslami təbabət tarixi konfransı keçirilir

17:14 - October 28, 2010
Xəbər sayı: 2021333
Beynəlxalq şöbə: Türkiyənin İstanbul universitetində oktyabrın 27-dən “İslami təbabət tarixi beynəlxalq birliyi”nin konfransı öz işinə başlayıb.
İQNA Quran Agentliyi Türkiyənin “haberler” agentliyinə istinadən məlumat verir ki, İslami təbabət tarixi beynəlxalq birliyinin katibinin müavini Nil Sarı konfransın açılış mərasimində bildirib ki, konfransın keçirilməsindən məqsəd islami təbabət sahəsində aparılan araşdırmalara dəstək olmaqdır.
O əlavə edib ki, İslami təbablə bağlı dünyanın müxtəlif ölkələrində əlyazmalar mövcuddur lakin bu əlyazmaların toplanması ilə bağlı heç bir səy göstərilməyib, araşdırmaçılar isə bu sənədlərdən istifadə edə bilmir.
Nil Sarı əlavə edib ki, hazırda bu əlyazmaların hansı ölkələrdə olduğu haqda məlumat yoxdur, İstanbulda keçirilən beşinci İslami təbabətin tarixi konfransında bu əlyazmaların hansı ölkənin kitabxanalarında olması və onların əldə olunması qaydaları araşdırılacaq.
Sarı həmçinin islami təbabət haqqında olan mənbələrin dünyanın müxtəlif dillərinə tərcümə olunmasının zəruriliyini vurğulayıb. “İslami təbabətin tarixini dünyaya tanıtdırmaq üçün lazımdır ki, bu sahədə mövcud əlyazmalar dünyanın tanınmış dillərinə tərcümə edilməlidir”,-deyə Sarı deyib. 683496
captcha