İQNA Quran agentliyi “La-croix” saytına istinadən məlumat verir ki, Fransa müsəlmanlar şurasının sədri noyabrın 1-də bəyanat yayaraq Bağdadda katolik kilsəsinə hücum və girov götürülməsini böyük cinayət adlandırıb.
“Bu kimi hərəkətləri İslam dininin əsasları ilə ziddiyyətlidir, biz bu kimi bəşəriyyətə zidd hərəkətləri pisləyirik”, -deyə Musəvi bəyanatında deyib.
Bəyanatda həmçinin bildirilir ki, ibadət evində belə bir cinayəti törətmək utancvericidir. İbadət ocaqlarına müharibə dövründədə belə hücum olunmamalıdır, biz – Fransa müsəlmanları- İraqdakı məsihilərin vəziyyəti ilə bağlı çox narahatıq və beynəlxalq ictimaiyyətdən istəyirik ki, onlara dəstək çıxsınlar.
Fransa müsəlmanları şurasının sədri sonda bildirib ki, ifratçı qruplar islam adı ilə bu kimi cinayətlər törədirlər. 687061