İQNA Quran agentliyi “Nəsic” saytına istinadən məlumat verir ki, İslam dünyası birliyinin baş katibi Abdullah bin Əbdülmöhsin Əl-Türki ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, üç günlük konfransda dünyanın müxtəlif ölkələrindən islami mərkəzlərinin rəhbərləri, islam dünyası təbliğatçıları və alimlər iştirak edəcək.
Konfransda “Qloballaşan dünyada KİV-lərin həqiqəti işıqlandırması”, “ailə, cəmiyyət və KİV-lərin problemləri”, “İslam xalqları və KİV-lərin porblemləri” , “problemlərin həlli üçün əməldə görülə biləcək işlər”, Qloballaşan dünyada KİV-lərin əxlaqı, Beynəlxalq KİV-lərdə İslam və Müsəlmanlar, “Müsəlman və mətbuat texnologiyası, “İslami mətbu orqan, qaydalar və qanunlar” və Mətbuat və mədəniyyətlərarası dialoq kimi müxtəlif məsələlər müzakirə olunacaq.
İslam dünyası birliyinin konfransları hər il Məkkədə keçirilir və konfransda islam dünyası və müsəlmanların üzləşə biləcyi problemlər müzakirə olunur. 692621