İQNA Quran agentliyi “alukah” saytına istinadən məlumat verir ki, Burmali məscidinin ərazisinin müsadirə olunması Makedoniya müsəlmanlarının tənqidi ilə üzləşib.
Məscidin ərazisi zabitlər evinin yaxınlığında yerləşir və bu ərazidə yenidən qurma və tikinti işləri aparılırmış. Məscidin ərazisinin əsl sahibi Makedoniya İslami Birliyidir. Hökumət məscidin ərazisini müsadirə edib və məscidin tikintisini aparmağa icazə vermir. Makedoniya İslami Birliyi bəyanat yayaraq bildirib ki, biz hökumətdən istəyirik ki, tez bir zamanda müsadirə olumuş ərazini həqiqi sahibinə qaytarsın. Makedoniya QHT-ləri Burmali məscidinin ərazisində yenidənqurma işlərin aparılmasını və genişləndirilməsini dəstəkləyib və siyasi partiyaları bu məsələni araşdırarağa və həll etməyə çağırıb. Burmali Came məscidi 1495-ci ildə Skopiyedə tikilib və Serblərin Makedoniyaya hücumu və işğalı zamanı dağıdılıb. 703826