IQNA

Hindular İmam Hüseyn (ə) əzadarlıq məclislərində iştirak edəcək

11:25 - December 05, 2010
Xəbər sayı: 2042370
Siyasi və ictimai şöbə: Hindistanın Urisa əyalətində dekabrın 16-da Aşura günü minlərlə Hindu şiələrlə bərabər İmam Hüseyn (ə) əzadarlıq məclislərinə qatılacaq.
İQNA Quran agentliyinin məlumatına əsasən, minlərlə Hindu İmam Hüseyn (ə) əzadarlıq məclislərində şiələrlə birlikdə əzadarlıq təşkil etmək üçün hazır olduqlarını bəyan ediblər.
Qeyd edək ki, hazırda Urisa əyalətinin 36 milyon cəmiyyətinin 2.1 faizi müsəlmandır. Bu əyalətdə Hindular həmişə müsəlmanların dini mərasimlərində iştirak edirlər. 706625
captcha