IQNA

İraqın bağdad şəhərində partlayış baş verib, 8 İranlı zəvvar yaralanıb

17:01 - December 08, 2010
Xəbər sayı: 2044802
İctimai şöbə: İranın Həcc və ziyarət təşkilatının sədr müavini Əli Heydəri bildirib ki, İraqda baş verən partlayış nəticəsində 8 nəfər yaralanıb.

İQNA Quran agentliyinə müsahibə verən Əli Heydəri deyib ki, İranın Əlborz əyalətindən İraqa ziyarət məqsədi ilə getmiş iki sərnişin avtobusu Bağdaddan Kərbəlaya gedərkən dekabırn 8-də Əldurə regionunda yol kənarında baş vermiş partlayış nəticəsində xəsarət alıblar.
Onun sözlərinə görə, yaralanmış 8 nəfərdən 7-si xəstəxanada ambulator müalicədən sonra buraxılıblar. Bir nəfərin isə vəziyyəti ağır olduğu üçün müalicəsi davam edir.
709312
captcha