İQNA Quran agentliyiinin xüsusi müxbirinin məlumatına əsasən, ƏL-Minar kanalının direktoru Abdullah Qəsir görüşdə İranlı nümayəndələrə xoşgəldim deyib. “Böyük Rəhbər Ayətullah Xameneinin buyurduğu kimi bu gün dünyada mətbuat müharibəsi birinci müharibədir və bu kanlın işçiləri bu mövzunu nəzərə alaraq xalis niyyətlə düşmənlərin mətbuat hücumlarının qarşısında dayanırlar”, -deyə Qəsir deyib.
O əlavə edib ki, Livan KİV-ləri açıq və azad fəaliyyət göstərirlər və müxalif və müvafiq KİV-lər azad formada öz fikirlərini bəyan edirlər, lakin ölkədən kənarda xarici mətbuat Livanın müqavimət hərəkatının həqiqi simasını yayımlamır. Əl-Minar kanalı çalışır ki, müqvimətin həqiqi simasını və İsrail cinayətlərinin mahiyyətini dünyaya çatdırsın.
O əlavə edib ki, 2003-cü ildən sionist rejimi dünyanın müxtəlif bölgələrində lobbilər vasitəsi ilə çalışır Əl-Minar kanalının yayımına maneçilik törətsin. 2003-cü ildə Fransada məhkəməsi qərar çıxararaq Əl-Minar kanalının peyk vasitəsi ilə yayımını qadağan etdi, daha sonra 2004-cü ildə ABŞ bizim kanalı terroristlərin kanalı kimi tanıtdı ki, kanalın dünyada fəaliyyətinə əngəllər törətsin. O əlavə edib ki, lakin bizim işçilrə dözümlülük və səbr edərək bu problemlərə baxmayaraq yayımını davam etdirir.
Abdullah Qəsir əlavə edib ki, kanalın digər ölkələrdə müxbir postları var və İran, Suriya, Misir və İraqda rəsmi ofisləri fəaliyyət göstərir. Daha sonra İran KİV nümayəndələri kanalın müxtəlif bölmələrinə baxış keçiriblər. 720218