IQNA

Malaziyada şiələr dini ayinlərinə azadlıq istədilər

21:48 - December 29, 2010
Xəbər sayı: 2055776
Beynəlxalq şöb: Malaziya şiələri dini ayinlərini yerinə yetirmək üçün azadlıq istədilər
İQNA Quran agentliyinin məlumatına əsasən, Malaziya rəsmiləri ölkə cəmiyyətinin üçdə ikisini təşkil edən sünni məzhəbliləri dini ayinlərini yerinə yetirməyə icazə verir, digər məzhəblər o cümlədən şiələrin dini ayinlərini yerinə yetirilməsi bu ölkədə qadağan olunub.
Malaziya hökuməti dekabr ayının ortalarında 200 nəfər şiənə həbs edib. Onlar dini ayin yerinə yetirdiklərinə görə həbs olunublar.
İnsan haqları müdafiəçisi Məhəmməd Şani Abdullah bildirib ki, bu həftə ərzində 30 nəfər şiə onlara müraciət edərək şiələrə qarşı qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını istəyiblər.
Şiələr öz müraciətlərində bildiriblər ki, ölkədə məsihilər, hindular və digər dini azlıqların fəaliyyəti azad olduğu halda nəyə görə şiələr öz dini ayinlərini yerinə yetirdikləri üçün təhqir olunur və onlara məhdudiyyət qoyulur?
Malaziyada 28 milyon nəfərlik əhalisindən on minlərlə insane şiədir. Onlar son illər ərzində təzyiqlərə məruz qalıblar və yaranmış problemlərə görə öz əqidələrini gizlətməyə məcbur olublar. Malaziya hökuməti məzhəblər arasında ayrıseçkiliyin olması faktlarını və onlara qarşı təzyiqlərin olmasını dansada şiələr qarşı təzyiqlər onların dediklərinin əksini göstərir. 720286
captcha