İQNA Quran agentliyinin Kuveytin Kuna xəbər saytına istinadən məlumatına əsasən, humanitar yardım karvanı 100 ton dərman preparatları, paltar və digər yardımlardır.
Humanitar yardım karvanını Qəzza əalisi, Fələstin rəsmiləri və Həmasın xarici işlər nazirinin köməkçisi Əhməd Yusuf qarşılayıb.
Humanitra karvan iştirakçıları yanvarın 6-na kimi Qəzzada olacaq. Ikinci üzvlər “Salam” adlı gəmi ilə Misir sahilindədirlər bu gün günorta onların da Qəzzaya daxil olacaqları bildirilir.
Qeyd edək ki, “Asiyadan Qəzzaya” humanitar yardım karvanı Azərbaycan, İndoneziya, İordaniya, İran, Hindistan, Pakistan, Türkiyə, Bəhreyn, Suriya, Malayziya, Yaponiya və Banqladeşdən olan 155 nəfərdən ibarətdir. Karvan dekabrın 2-də Hindistandan yola çıxıb. Karvanın iranlı üzvlərinə Misir vizası verilmədiyindən onlar Suriyadan geriyə qayıdıblar. 723466