IQNA

Mavritaniyada Quran məktəbi fəaliyyətə başlayıb

20:43 - January 04, 2011
Xəbər sayı: 2059015
Beynəlxalq şöbə: Mavritaniyanın Nivakşut şəhərində Quran məktəbi fəaliyyətə başlayıb. Məktəb Qambiya ölkəsinin səfirliyi və Mavritaniya İslami İşlər nazirliyinin təşəbbüsü ilə təsis olunub.
İQNA Quran agentliyinin “APA” agentliyinə istinadən məlumatına əsasən, bu Quran məktəbinin nəzdində namaz qılmaq üçün yer, islami mərkəz, Quranın qiraət və hifzini öyrənmək üçün siniflər və konfrans zalı var.
Qambiyanın Mavritaniyadakı səfri Məhəmməd Ləmin Baci bildirib ki, Quran məktəbindən Mavritaniyada yaşayan Qambiyalılar da istifadə edə bilərlər.
Qeyd edək ki, Quran məktəbinin açılış mərasimində Mavritaniya rəsmiləri və alimlər iştirak ediblər. 724161

captcha