İQNA Quran agentliyinin Səhər beynəlxalq kanalına istinadən məlumatına əsasən, sənədli filmin çəkilişlərinə 2010-cu ilin noyabr ayından başlanılıb. Çəklişlər İranda əsasən sünni məzhəblilər yaşayan Kürdistan, Sİstan və Bəluçustan və Gülüstan əyalətlərinin Mərivan, Sənəndəc, Mir Cavə, Zabil, Gönbəde Kavus, Bəndər-e Türkmən və Qorqan şəhərlərində aparılıb.
Sənədli filmdə Sünnilərin İranda gedən siyasi, ictimai və iqtisadi proseslərdəki rolları araşdırılıb. Filimdə həmçinin onların gündəlik fəaliyyətləri, nailiyyətləri, sünni tələbələrin təhsili, məktəblərin vəziyyəti, dini tələbələrin vəziyyəti , şiə və sünnilərin birgə yaşam tərzi və s. məsələlər işıqlandırılıb. Sənədli film 30 dəqiqəlik 11 seriyada efirə çıxacaq.726037