IQNA

Azərbaycanda dindarların kütləvi həbsləri davam edir

20:55 - January 09, 2011
Xəbər sayı: 2061678
Beynəlxalq şöbə: AİP sədrinin birinci müavini Elçin Manafovun da saxlanıldığı məlum olub. Bu barədə Elçin Manafovun ailəsindən daxil olan məlumatda deyilir.
İQNA Quran agentliyi Faktxeber.com saytına istinadən verdiyi xəbərə görə, Mövsüm Səmədovun birinci müavinin bu gün günorta saatlarında Kubinkadakı evindən aparlıdığı bildirilib. Şəhər məhkəməsinə aparılan Elçin Manfovu, məhkəmə 10 sutka müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Azərbaycan İslam Partiyasının Mətbuat Xidmətinin rəhbəri Akif Heydərlinin də polis tərəfindən həbs olunduğu bildirilir. AİP funksionerlərinin bildirdiyinə görə, dünən partiyanın qərargahında olarkən evində axtarış aparılması barədə məlumat alan Akif Heydərli, yaşadığı Binə qəsəbəsinə yollanıb və dünəndən onun barəsində heç bir məlumat yoxdur.

Həmçinin "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov həbs edilərək, Abşeron rayonu polis idarəsinə aparılıb.

İslam-Azeri.az İnternet qəzetinin verdiyi xəbərə görə, artıq Hacı Mehdi məhkəmə qarşısına çıxarılıb və ona hökm oxunub. O, 11 sutka həbsə məhkum edilib.
Məlumata əsasən, Sumqayıt şəhərində də 5 nəfər dindar həbs olunub. Həmçinin Əhli Beyt (ə) şairi Hacı Nurəddinin də Hövsan şəhərində polis tərəfindən saxlanıldığı bildirilir.
captcha