Beynəlxalq şöbə: İranın Səhər Beynəlxalq kanalı İran İslam İnqilabının qələbəsinin il dönümü “fəcr ongünlük” bayramında “29-cu gün” adlı sənədli filmi Azərbaycan dilində yayımlayacaq. Sənədli film İslam İnqilabının tarixi, necə və haradan başlamasını araşdırır.
İQNA Quran agentliyi Səhər kanalının mətbuat xidmətinə istinadən məlumat verir ki, sənədli filmin rejissoru Həmid Süleymanidir. Filmin çəkişləri cari ilin (iranda il mart ayının 21-də dəyişir” əvvəlində başlayıb.
“29-cu gün” sənədli filmi Təbriz xalqının qiyamı, daha sonra Təbrizdəki şəhidlərin 40-nda Qum şəhərindəki qiyamdan danışılır. Sənədli film 25 dəqiqəlik 4 seriada yayımlanacaq. 729179