IQNA

Qana universitetində İmam Sadiq (ə) elmi məktəbinə həsr olunmuş ilk konfrans keçirilib

14:13 - February 12, 2011
Xəbər sayı: 2079497
Beynəlxalq şöbə: İmam Sadiq (ə) elmi məktəbinin xatirəsini yaşatmaq məqsədi ilə təşkil olunmuş komitənin mətbuat xidmətinin rəhbəri Həsən Qasimzadə komitə tərəfindən Qana respublikasının İslam Universitetində bu mövzuda ilk konfransın keçirildiyini deyib.
İmam Sadiq (ə) elmi məktəbinin xatirəsini yaşatmaq məqsədi ilə təşkil olunmuş komitənin mətbuat xidmətinin rəhbəri Həsən Qasimzadə İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, konfrans “İmam Sadiq (ə) , Cəfəri məzhəbi və o həzrətin şagirdləri” mövzusu ilə bu gün yerli vaxtla saat 9-dan 14-dək Qananın İslam Universitetində keçirilib.
O əlavə edib ki, Qana şiələrinin rəhbəri Əbubəkr Kamaləddin, Qana universitetinin müəllimləri İbrahim Bac, Hüseyn İbrahim, Mustafa Kuyasə, Məhəmməd Qasim və İdris Şəmunun məqalələri oxunub.
Qasimzadənin sözlərinə görə, konfransda Qum universitetinin müəllimi Məhəmməd Kazım Şakir, Kyumərs Behzadiyan və höccətul-islam Qane İrandan olan iştirakçılar idilər.
Konfransda İmam Sadiq (ə) –ı tanımaq (O həzrət haqqında ümumi anlayış), Cəfəri məktəbinin xüsusiyyətləri və O həzrətin təfəkkürləri, İmam Sadiq (ə) münazirələri və İmam Sadiq (ə) siyasi və ictimai fəaliyyətləri kimi mövzular araşdırılıb. Maraqlananlar daha ətraflı məlumat əldə etmək üçün www.maktab-e-imamsadiq.ir saytına müraciət edə bilərlər. 746151
captcha