İQNA Quran agentliyinin “ISRA” saytına istinadən məlumat verir ki, kurslar Avstraliyada yaşayan müsəlmanların Quran qiraəti qaydaları ilə tanış olması və Quran oxumağa marağının artırılması məqsədi ilə keçirilir.
Kurslar hər həftənin bazar günü yerli vaxtla saat 17:00-dən 21:30-dək davam edir. Təcvid qaydaları və Quran qiraəti qaydaları kurs iştirakçılarına öyrədilir.
Kurslar fevralın 13-də başlayıb və 12 həftə müddətinə davam edəcək. 753873