İQNA Quran agentliyinin “Muhit” saytına isitandən məlumat verir ki, Əl-Əzhərin Şeyxi Əhməd Ət-Təyyib deyib ki, Liviya rejimi oz qanuniliyini itirib və bu ölkənin hökuməti zalım və qəsbkar hökumətdir.
O əlavə edib ki, Liviya rəhbəri Məmmər Qəzzafi və bu rejimin əlaltıları öz hakimiyyətlərini əldə saxlamaq üçün xalqın qanını tökür və öz xalqı haqqında vəhşilik edir. Onların bu hərəkəti Liviya hakimiyyətini zalım və asi rejimə çevirib.
ƏL-Əzhərin Şeyxi deyib ki, özüm üçün milli, dini və insani borc bilirəm ki, Liviyanın bütün rəsmilərindən, ordu komandirlərindən və hərbiçilərindən istəyim ki, dictator rejimə xalqın qanın tökməkdən yardım etməkdən çəkinsinlər. Əgər bu cinayətlərdə şərik olsalar dünyada və axirətdə cəzalanacaqlar.
Ət-Təyyib Ərəb ölkələrinin rəhbərlərini, müsəlman ölkələrini və digər azadlıq sevər insanlari Liviyanın müsəlman xalqına yardım etməyə çağırıb. “Mən bağrı qan və qüssəli bir halda Liviyada baş verən hadisələri izləyirəm. Liviya şəhdiləri qəhrəmandırlar. Onlar haqsızlığa uğrayıblar. Liviya hökuməti öz hakimiyyətini qorumaq üçün millətin qanını tökməyə haqqı yoxdur. Əl-Əzhər Qəzzafinin Liviya xalqı və ölkəsinə qarşı törətdiyi cinayətləri məhkum edir”, -deyə bəyanatda deyilir. 754406