İQNA Quran agentliyinin “Nun” saytına istinadən məlumatına əsasən, mərhum Şəhristaninin cənazəsi martın 1-də dəfn olunmaq üçün xüsusi təyyarə ilə Tehrandan İraqa aparılıb. Şəhristani Kərbəla şəhərində dəfn olunacaq.
Şəhristani İraqın tanınmış memarlarından biri idi. O Samirra şəhərində iki imamın qəbrinin yenidən qurulmasında yaxında iştirak etmişdi. O həmçinin Kazimeyn və Kərbəla şəhərlərində də ziyarətgahların yenidən qurulmasında iştirak edib. O Britaniya Beynəlxalq İslam Universitetinin banilərindən biri ilub. O həmçinin 1990-cı ildən Qədir festivalının Britaniyada keçirilməsini təşkil edib. 756130