İQNA Quran agentliyinin Türkiyə şöbəsinə istinadən məlumatına əsasən, seminar Kozluk şəhər müftisi Zeynəlabidin Ərdəmin təşəbbüsü ilə şəhər məktəblərinin birində təşkil olunub.
Ərdəm seminarda çıxış edib və tarxi boyu qadınlar haqqında tayfalar arasında düzgün olmayan adət-ənələrin olduğunu deyib.
O əlavə edib ki, Qədim Avropada qadınlar müxtəlif bəhanələrlə yandırılırdı, Yunanıstanda qadınlar şeytani bir varlıq kimi tanınırdı və məhsul kimi alqı-satqı olunur. Ərdəm deyib ki, İslam Peyğəmbəri (s) gəldikdən sonra qadınlar barəsində bütün yanlış təfəkkür və ənənələr məhv olundu və qadınlara xüsusi hüquq verildi.
O seminarda İslamda qadının yeri haqqında hədislər və ayələrdən danışıb. “İslamın qadınlara verdiyi əhəmiyyəti və dəyəri çox az din qadınlar üçün qaildir və İslam dinidir ki, qadınlar üçün miras aparmaq və mehriyyə hüquq qaildir. 763326