Siyasi şöbə: İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Müqəddəs Quran kitabına hörmətsizliklərin davam etdirilməsindən narahatçılığını dilə gətirib və deyib ki, son günlər Florida kilsəsində Qurana qarşı atılmış addım böyük hörmətsizlikdir. ABŞ hökuməti dini nifrətin yayılmasının qarşısını almalıdır.
İQNA Quran agentliyinin məlumatına əsasən, Mehmanpərəst deyib ki, bu kimi ifratçı hərəkətlər ABŞ-da islamofobiya siyasətinin nəticəsidir və bu cinayətləri törədənlər hegamon ABŞ-ın İlahi dinlər arasında ayrılıq yaratamaq layihəsini icra edənlərdir.
İranın XİN sözçüsü bildirib ki, ABŞ hökuməti beynəlxalq hüquq normalına görə dini nifrətin yayılmasının qarşısını almağa məsuliyyət daşıyır.
Qeyd edək ki, ABŞ-ın Florida kilsəsində keşişlərdən biri Qurana hörmətsizlik edərək onun nüsxələrini yandırıb. 764863