IQNA

Azərbaycan İslam Partiyasının keçmiş sədri vəfat edib

23:17 - March 26, 2011
Xəbər sayı: 2098168
Siyasi və ictimai şöbə: Azərbaycan İslam Partiyasının (AİP) keçmiş sədri Hacı Əlikram Əliyev martın 17-də Bakı şəhəri Nardaran qəsəbəsində yaşadığı evdə vəfat edib.
IQNA Quran agentliyinin Azərbaycan şöbəsin məlumatına əsasən, Hacı Əlikram Əliyev 1940-cı ildə Nardaran qəsəbədində dini bir ailədə dünyaya göz açıb. O dini və şiə məzhəbi əqidəsinə görə hələ gənclik illərində kommunistlərin təzyiqlərinə məruz qalıb və onlara qarşı mübarizə aparıb.
Əliyev şiəçilik , İslam İnqilabını müdafiəçilərindən və İmam Xumeyni (rə) vəfadar davamçılarından olub.
Sovet hakimiyyəti dağıldıqdan sonra Hacı Əlikram Əliyev Azərbaycan İslam Partiyasına rəhbərlik edib. O və onun cəbhə dostları SSRİ dövründə müsəlmanları və ziyalıları islama dəvət ediblər və dini dəyərlərin qorunub saxlanılması uğrunda çoxlu fəaliyyətlər göstəriblər.
Hacı Əlikram ƏLiyev SSRİ dövründə dindar olduğu üçün bir çox social rahatlıqlardan məhrum oldu və SSRİ dağıldıqdan sonra Heydər ƏLiyev hökuməti dövründə də həbs olundu və ən ağır şikəncələr və hörmətsizliklərlə üzləşdi.
Hacı Əlikram ƏLiyev Azərbaycanda İslami hərəkatın yorulmaz liderindən biri idi. O 71 yaşında da baxmayaraq ki, uzun sürən xəstəlik və məhbus həyatından sonra görmə qabiliyyətini itirmişdi çox böyük həyəcanla İslam İnqilabı və şiəçiliyin müdafisinə qalxırdı.
Azərbaycanda İslami oyanış hərəkatının banisi Hacı Əlikram Əliyev, martın 18-də doğulduğu Nardaran qəsəbəsində torpağa tapşırılıb. Tanınmış el ağsaqqalının dəfn mərasimində ölkənin əksər nüfuzlu alimləri, yüzlərlə dindar və kənd camaatı iştirak edib. Böyük izdihamla keçən dəfn məraisimində onun ruhuna dualar oxunub və suyasi fəaliyyəti barədə söhbətlər olunub.766197
captcha