IQNA

20:16 - April 06, 2011
Xəbər sayı: 2101818
Beynəlxalq şöbə: Fransa müsəmanları ölkədə islamofobiyanın artmasına etiraz əlaməti olaraq Fransanın UMP partiyasının binası qarşısında mitinq keçiriblər.
İQNA Quran agentliyinin “Saphirnews” saytına istinadən məlumat verir ki, etiraz mitinqini “İslamofobiyaya Müxalif Vətəndaşlar” birliyi (CECI) təşkil edib.
CECI birliyi bəyanat yayaraq Fransada xüsusi ilə Liyon şəhərivə və Avropanın digər şəhərlərində islamofobiya və irqi ayrıseçkillərin artması pislənilib. Bildirilib ki, islamofobiya həm hökumət və həm vətəndaşlar tərəfindən günbəgün artır. Bəyanatda deyilir ki, 1989-cu ildə hicab məsələsi, islam və laiklərin dialoqu, milli mənsubiyyət, halal məhsulalr , xiyabanlarda namazın qılınması və digə məsələlərdə Fransa müsəlmanları həmişə mətbuatda, siyasi arenada və bəzi özünü ziyalı adlandıranların qələmində və parlamentdə qınaq hədəfində olub. Mitinq iştirakçıları Fransa hökumətini müsəlmanlara qarşı siyasətlərində dəyişiklik etməyə çağırıb.768640
Ad:
E-poçt:
* Comment:
* captcha: