İQNA Quran agentliyinin Xorasan-e Rəzəvi əyaləti üzrə şöbəsinin məlumaıtna əsasən, Yəhya (ə) imamzadəsinin idarə heyətinin üzvi Hüseyni deyib ki, katibliyin yaradılmasından məqsəd “Zəburu-Ali- Məhəmməd (s)” konfransının milli və beynəlxalq səviyyədə islam dünyası alimləri və Səhifeyi-Səccadiyyə aşiqlərinin iştirakı ilə təşkil etməkdir.
O əlavə edib ki, Səhifeyi –Səccadiyyə haqqında maarifləndirmə işləri aparmaq məqsədi ilə internet səhifəsi istifadəyə verilib. Hüseyni deyib ki, Səhifeyi-Səccadiyyə kitabı İmam Zeynül-abidin (ə) və iki övladı İmam Məhəmməd Baqir (ə) və şəhid həzrət Zeyd tərəfindən yazılıb.
Hüseyni Səhifeyi-Səccadiyyə kitabını Qurandan sonra ən böyük və ən mühüm ilahi və Əhli-Beyt (ə) maarif xəzinəsi olduğunu vurğulayıb və deyib ki, bu kitabdakı sözlər məsum İmamın dilində deyilib lakin təssüflər olsunki indiyədək bu kitabdakı ilahi maarif xəzinəsi üzərində geniş araşdırmalar aparılmayıb.
O əlavə edib ki, ötən il “Zəburu-Ali-Məhəmməd (s)” konfransı ötən il təşkil olundu. Konfransda 8 sünni alimi və 10 şiə ailminin məqaləsi konfransın katibliyinə göndərildi və müzakirə olundu və ən yaxşı məqalə sahibləri mükafatlandırıldı.
Hüseyni deyib ki, cari ildə “Zəburu-Ali-Məhəmməd (s)” konfransında Səhifeyi-səccadiyyə kitabı ilə bağlı araşdırmalar təqdim etmək və keçiriləcək konfransda iştirak etmək üçün islam ölkələrindən alimlərin dəvət olunması yaradılacaq daimi katibliyin proqramlarından biri olacaq.
Qeyd edək ki, İmam Səccadın (ə) dualar toplusu Səhifeyi-Səccadiyyə adlanır. Bu kitab Quran və Nəhcül-bəlağədən sonra ən böyük və ən mühüm İlahi maarif xəzinəsi sayılır. Belə ki, hələ qədim dövrlərdən bizim görkəmli alimlərimiz ona “Uxtul-Quran” (Quranın bacısı), “İncilu-Əhli-beyt” (Əhli-beytin İncili) və “Zəburu-Ali-Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)” (Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin Zəburu) ləqəblərini vermişlər.770436