IQNA

Kuveytdə beynəlxalq Quran müsabiqəsi keçirilir

20:39 - April 13, 2011
Xəbər sayı: 2105524
Beynəlxalq şöbə: Bu gün Kuveytdə “Kuveyt mükafatı” üzrə Quranın əzbər oxunması, tilavəti və təcvid qaydaları üzrə II Beynəlxalq Quran müsabiqəsi 50 müsəlman ölkəsindən qarilər və hafizlərin iştirakı ilə başlayıb.
İQNA Quran agentliyi “Əl-Ənbia” qəzetinə istinadən məlumat verir ki, Beynəlxalq Quran müsabiqəsinin hakimlər komitəsinin sədri Əbdüləziz Əl-Ənzi deyib ki, bu müsabiqə Kuveyt İslami İşlər və Vəqflər nazirliyinin Quran işləri üzrə şöbəsinin təşəbbüsü ilə təşkil olunub.
O əlavə edib ki, müsabiqənin hakimlər komitəsində tanınmış Quran qariləri var. Səudiyyə Ərəbistandan Əhməd Əlsədis, Misirdən Əyhab Fekri, Mərakeşdən Məhəmməd Əli Ətafi , Suriyadan Məhəmməd Fəhəd Xarof və Kuveytdən Əhməd Əl-Tərablesi hakimlər komitəsinin üzvləridirlər.
O əlavə edib ki, Quran müsabiqəsində soruşulacaq suallar təsadüfi şəkildə və computer vasitəsi ilə seçiləcək. iştirakçılar özləri sulları seçə biləcəklər. Hafizlər üç sualı seçmə haqqı və qarilərin isə 5 sual seçmə haqları olacaq.
Qeyd edək ki, Quranın əzbər oxunması, tilavəti və təcvid qaydaları üzrə II Beynəlxalq Quran müsabiqəsində 50 müsəlman ölkəsindən hafiz və qarilər iştirak edirlər. Müsabiqə aprelin 20-dək davam edəcək. Qaliblər mükafatlandırlacaq.773600
captcha