Siyasi və ictimai şöbə: Bu gün Türkiyənin İstanbul şəhərində Hamidiyə Təlim, Tərbiyyə və Mədəniyyət fondunun təşəbbüsü ilə “Vəhdət həftəsi” münasibəti ilə “Peyğəmbərin (s) sünnəti” adlı konfrans keçirilib .
İQNA Quran agentliyinin Türkiyə şöbəsinin məlumatına görə, bu konfrans yerli vaxtla saat 20:15-də İstanbulun Pendik qəsəbəsinin Atatürk mədəniyyət evində keçirilib.
Konfransda Hamidiyə Təlim,Tərbiyyə və Mədəniyyət fondunun sədri Əkrəm Gürman və Türkiyənin tanınmış yazarı Vəhbi Karakaş İslam Peyğəmbərinin (s) sünnəti və yaşayış tərzi barədə çıxış ediblər. 773851