İQNA Quran agentliyinin “The News” saytına istinadən məlumatına əsasən, Pakistanın “Alimlər Birliyinin” təşəbbüsü ilə keçirilən konfransda iştirak edən Münəvvər Həsən bildirib ki, İslam düşmənləri müsəlmanlar arasında ayrı-seçkilik yaradaraq onları zəiflətmək istəyirlər. “Daha vaxtı çatıb ki, alimlər və ziyalılar çox xırda bəhanələr vasitəsi ilə yaradılmış bu çirkin planları pozsunlar və müsəlmanlar arasında birlik yaratsınlar və ölkədə böyük dəyişiklik etsinlər”, -deyə Həsən deyib.
O əlavə edib ki, 11 sentyabr hadisəsindən sonra müsəlmanlara qarşı səlib müharibəsi başlayıb və təssüflər olsun ki,Ərəb ölkələrinin bəzi rəhbərləri öz şəxsi mənafeyinə görə ABŞ və digər İslam düşmənlərinin yanında yer alıblar.
Həsən deyib ki, ABŞ və onun müttəhidləri yer üzündə özlərini mədəniyyətli hesab edirlər və müslmanların soyqrımını həyata keçirirlər. Qərb ölkələri çalışır müsəlmanları terrorçu və ifratçı adlandırmaqla əsl sülhü təbliğ edən bir dini yəni İslamın dünyaya yaılmasının qarşısını alsın.779089