IQNA

Rusiyada halal məhsulların beynəlxalq sərgisi keçiriləcək

23:08 - April 25, 2011
Xəbər sayı: 2111914
Mədəniyyət və incəsənət şöbəsi: Rusiyanın paytaxtı Moskvada iyun ayının 12-də “Halal-Expo-2011” adlı beynəlxalq halal məhsullar sərgisi təşkil olunacaq.
İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatı şöbəsinin məlumatına əsasən, sərgi Rusiyada İslam qayda-qanunlarina uygun formada halal ərzaq məhsulları, halal kosmetika, halal farmakolojiya və halal turist məhsulları istehsalçıları üçün öz məhsullarını təqdim etmək üçün əlverişli fürsət yaradacaq.
Qeyd edək ki, Rusiyada müsəlmanların sayı çox olduğundan halal məhsullara təlabatda çoxdur. Bu istehsalçıları “halal” brendi ilə məhsullar istehsal etməyə marağını artırıb. 780305
captcha