IQNA

Fransada İslami internet televiziyası istifadəyə veriləcək

23:18 - April 26, 2011
Xəbər sayı: 2112712
Beynəlxalq şöbə: Fransada ilk İslami internet televiziyası “Muslimedia.tv” adı ilə cari ilin Ramazan ayında istifadəyə veriləcək.
İQNA Quran agentliyinin “ajib” saytına istinadən məlumatına əsasən, İslami internet televiziyasının təsis olunması ideyasını Fransada yaşayan əslən Mərakeşdən olan Xalid İrbayan irəli sürüb. O bu televiziya vasitəsi ilə İslami proqramlar, İslam dünyasında tanınmış Quran qarilərinin tilavətini və müsəlman alimlərin çıxışlarını yayımlayacaq.

İbriyan deyib ki, Avropada yaşayan müsəlmanların əksəriyyəti fransız dilində danışır. Lüksemburq, Belçika, Fransa və İsveçrədə yaşayn müsəlmanlar fransız dilində danışırlar. Bu səbəbdən İslami internet televiziyasının fransız dilində açılması zəruriliyi yaranıb.
O deyib ki, Fransada məscid imamları, İslami Elmlər üzrə tələbələr və xətiblər var və bu televiziyada onların potensialından yararlanacağam.
“Televiziyada müxtəlif proqramlar o cümlədən İslami məsələlər haqda dəyirmi masalar, müsahibələr, müsəlman və qeyri-müsəlman ekspertlərin iştirakı ilə müzakirələr təşkil olunacaq” -deyə İbriyan deyib.781037
captcha