IQNA

Ər-Riyadda əlil uşaqlar üçün Quran müsabiqəsi keçiriləcək

22:30 - April 30, 2011
Xəbər sayı: 2114744
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində mayın 1-də Fars Körfəzi ölkələrində yaşayan əlil və tipik uşaqlar üçün Qurani-Kərimin əzbər oxuması üzrə XV dövr müsabiqə təşkil olunacaq.
İQNA Quran agentliyinin “Əl-cəzirə” qəzetinə istinadən məlumatına əsasən, müsabiqədə Səudiyyə Ərəbistan və Fars Körfəzi ölkələrindən olan 53 məktəbdən 100 əlil və sağlamlıq imkanları məhdud oglan və qız uşaq iştirak edir.
Müsabiqənin sabahkı və bazaar ertəsində keçirilən günlərində oglanlar, ikinci gün isə qız iştirakçılar arasında yarışma keçiriləcək.
Müsabiqənin keçirilməsindən məqsəd əlil və sağlamlıq imkanları məhdud uşaqları Quranı əzbərləmə maraqlandırmaq və onların İslam, Quran və İslami cəmiyyətlərlə əlaqələrini daha yaxınlaşdırmaqdır.
Müsabiqə iştirakçıları Quranın 10 cüzünün əzbər oxuması, 5 cüzünün əzbər oxuması və 2 cüzünün əzbər oxunması üzrə bir-birləri ilə yarışacaqlar.
Danışıq imkanları məhdud uşaqlar isə Quranın iki cüzünün, bir cüzünün təcvid qaydalarına uyğun əzbər oxunması üzrə yarışacaqlar. Müsabiqə üç gün davam edəcək və müsabiqənin sonunda qaliblərə mükafatlar təqdim olunacaq. 783359

captcha