İQNA Quran agentliyinin “islamSNG” saytına istinadən məlumatına əsasən, Tacikistan dövləti öz müsəlman vətəndaşlarının dini işlərinə nəzarəti gücləndirib və bəzən təzyiqlər həddən artıq çox olur. Məscidlərdə imam camaatlar siyahıya alınır, dövlətin icazəsi olmadan heç bir imam camaat məsciddə fəaliyyət göstərə bilməz. Məscidlər rəsmi qeydiyyatları olmaması bəhanəsi ilə bağlanır, xarici ölkələrdə təhsil almış dini tələbər sıxışdırılır, məktəblərdə şagirdlər hicabla dərsə buraxılmır və bu kimi digər təzyiqlər müsəlmanlara qarşı Tacikistanda hər gün artmaqdadır.
Taciksitanın 7.3 milyon nəfər əhalisi var ki, onların 80 faizi Taciklər, 15 faiz Özbəklər, ruslar, Ukraynalılar, Çin, Tatar və digər xalqların nümayəndələridir. Bu ölkə vətəndaşlarının əksəriyyətinin dini müsəlman (sünni) və bir az da İsmaili şiələri Tacikistanda yaşayırlar. 783066