İQNA Quran agentliyinin Interfax agentliyinə istinadən məlumatına əsasən, Mayın 6-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin binası qarşısında təhsil müəssisələrində hicaba qoyulan qadağaya etiraz əlaməti olaraq aksiya keçirilib. Yüzlərlə dindar bir araya gələrək, Konstitusiyada təsbit edilən hüquqlarının pozulmasına etiraz ediblər.
İslam-Azeri.az İnternet qəzetinin verdiyi xəbərə görə, polis dinc aksiyanı dağıtmaq üçün zor tətbiq edib. Çox sayı dindar həbs olunub. Təhsil Nazirliyinin qarşısında dindarların aksiyası zamanı polis tərəfindən saxlanılan ilahiyyatçı Hacı Tale Bağırova Nərimanov rayon Məhkəməsində iş kəsilib.
Hacı Tale Bağırzadə İnzibati Xətalar Məcəlləsinə əsasən 15 sutka həbs cəzasına məhkum olunub.
Bundan başqa 1 nəfər 15 sutka, 3 nəfər isə 12 sutkalıq həbs edilib. 5 nəfərin barəsində 221.1.1 və 221.1.2 maddələri ilə cinayət işi açılıb. 788236