IQNA

Azərbaycanda “hicaba dəstək” mitinqi keçirilib, həbs olunanlara iş kəsilib

21:37 - May 09, 2011
Xəbər sayı: 2119493
Siyasi və İctimai şöbə: Azərbaycanın paytaxtı Bakıda cümə günü orta məktəblərdə hicabın qadağan olunmasına etirazla Təhsil Nazirliyi qarşı etiraz mitinqi keçirilib.
İQNA Quran agentliyinin Interfax agentliyinə istinadən məlumatına əsasən, Mayın 6-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin binası qarşısında təhsil müəssisələrində hicaba qoyulan qadağaya etiraz əlaməti olaraq aksiya keçirilib. Yüzlərlə dindar bir araya gələrək, Konstitusiyada təsbit edilən hüquqlarının pozulmasına etiraz ediblər.
İslam-Azeri.az İnternet qəzetinin verdiyi xəbərə görə, polis dinc aksiyanı dağıtmaq üçün zor tətbiq edib. Çox sayı dindar həbs olunub. Təhsil Nazirliyinin qarşısında dindarların aksiyası zamanı polis tərəfindən saxlanılan ilahiyyatçı Hacı Tale Bağırova Nərimanov rayon Məhkəməsində iş kəsilib.
Hacı Tale Bağırzadə İnzibati Xətalar Məcəlləsinə əsasən 15 sutka həbs cəzasına məhkum olunub.
Bundan başqa 1 nəfər 15 sutka, 3 nəfər isə 12 sutkalıq həbs edilib. 5 nəfərin barəsində 221.1.1 və 221.1.2 maddələri ilə cinayət işi açılıb. 788236
captcha